Sinə xərçənginin az bilinən əlamətləri Açıqlama
Digərləri 09 Eki 2025 07:07:00 76 0
Onkoloq qadınlarda döş xərçənginin qeyri-adi əlamətlərini açıqlayıb.
Bu haberi de oku: Qəzada ölən bacılar Astaradan Ağdaşa həkimə gediblərmiş TƏFƏRRÜAT
Son.az xəbər verir ki, döş xərçənginin az bilinən, lakin vacib əlamətlərindən biri döşün qabıqlanması ola bilər.
Bu barədə "gazeta"ya rusiyalı onkoloq Anna Kim məlumat verib.
Həkimin sözlərinə görə qadınlar döş dərisində baş verən hər bir dəyişikliyə diqqətlə yanaşmalıdırlar.
"Qabıq qoyma, rəngin dəyişməsi, sağalmayan yaralar və ya qızartı, habelə döş giləsinin içəriyə çəkilməsi xərçəngin ilkin əlamətlərindən ola bilər. Əgər qadın hamilə və ya əmizdirmə dövründə deyil, lakin şəffaf, ağ və ya qan qarışıq ifrazatlar gəlirsə, bu da narahatedici simptom sayılır," - deyə həkim bildirib.