İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...


Digərləri 09 Eki 2025 04:04:00 87 0

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

Balaca görünüşünə baxmayaraq, zəngin qida tərkibi ilə küncüt təbiətin ən dəyərli nemətlərindən biri hesab olunur. Həm mətbəxdə, həm də qədim müalicə üsullarında geniş istifadə olunan küncüt, sağlamlıq üçün təbii güc mənbəyidir.

Araşdırmalar bu kiçik toxumların təkcə dadverici deyil, həm də çoxsaylı faydalı təsirlərə malik olduğunu sübut edir.

Son.az xəbər verir ki, mütəxəssislər küncütün tərkibindəki sağlam yağlar, vitaminlər və antioksidantlar sayəsində immun sistemindən tutmuş sümük sağlamlığına qədər bədənin bir çox funksiyalarını dəstəklədiyini bildirirlər.

Prof. Dr. Ahmet Akçay susamın qida dəyərini belə izah edir: "Küncüt kalsium, maqnezium və fosforla zəngindir. Bu minerallar sümükləri möhkəmləndirir, osteoporoz (sümük əriməsi) kimi xəstəliklərin qarşısını alır. Tərkibindəki sesamin və sesamol antioksidantları isə hüceyrələri zərərli sərbəst radikallardan qoruyaraq immun sistemini gücləndirir".

Zəngin vitamin və mineral mənbəyidir

Küncütün tərkibində kalsium, dəmir, maqnezium, fosfor və sink kimi həyati vacib minerallar çoxdur. Həmçinin B qrupu vitaminləri (xüsusilə B1, B3 və B6) maddələr mübadiləsini gücləndirir, bədənə enerji verir.

Beyin fəaliyyətinə müsbət təsir göstərir

Tərkibindəki sağlam yağlar və lesitin sinir sistemini qoruyur, yaşla bağlı yaddaş zəifləməsinin qarşısını ala bilər. Omega-6 yağ turşuları sayəsində yaddaş və diqqəti artırır.

Ürək və damar sağlamlığını qoruyur

Küncütün tərkibində olan fitosterollar və lignanlar pis xolesterini (LDL) azaldır, yaxşı xolesterini (HDL) artırır. Antioksidantlar damar tıxanmasının qarşısını alaraq ürək sağlamlığını gücləndirir.

Sümük və oynaq sağlamlığını möhkəmləndirir

Küncüt kalsiumla zəngin ən güclü bitki mənbələrindən biridir. Bu, sümük əriməsinin qarşısını alır və sümük sıxlığını artırır. Maqnezium və fosfor sayəsində əzələləri və oynaqları dəstəkləyir.

Qansızlığın qarşısını alır

Dəmirin bol olması susamı dəmir çatışmazlığı anemiyası yaşayanlar üçün ideal edir. Xüsusilə üyüdülmüş və ya tahin formasında istehlak edildikdə, dəmirin sorulması daha da artır.

Həzm sisteminə kömək edir

Küncüt liflə zəngindir, bu isə bağırsaqların normal işləməsinə və qəbizliyin azalmasına yardım edir. Bağırsaq florasını dəstəkləyərək ümumi həzm sağlamlığını yaxşılaşdırır.

Dəri və saç üçün təbii dəstəkdir

Küncüt yağı dərini nəmləndirir, bərpa edir və sakitləşdirir. Antioksidantlar dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır. Saç dərisini qidalandıraraq tökülməni azalda bilər.

Küncütü necə istifadə etmək olar?

Səhər yeməyində tahin formasında

Salat və qatıq üzərinə səpərək

Çörək, simit və börəklərdə

Smoothie və enerji toplarında

Şorba və isti yeməklərə əlavə edərək

Küncütə qarşı allergiyası olan şəxslər diqqətli olmalıdır.

Lalə Qüdrətova Son.az


Habere ait fotoğraflar