Xaçmazda müəllimin evdən meyiti tapıldı İmtahanda yüksək nəticə göstərmişdi


Digərləri 09 Eki 2025 09:53:00 74 0

Xaçmazda müəllimin evdən meyiti tapıldı  İmtahanda yüksək nəticə göstərmişdi

Xaçmaz rayonu, Qıraqlı kəndində bədbəxt hadisə baş verib.

Son.az xəbər verir ki, 08.10.2025-ci il tarixində saat 23 radələrində Qəbələ rayon sakini, 1993-cü il təvəllüdlü Mehriban Sərdar qızı Qafarlının cəsədi qaldığı evdən aşkar edilib.

M.Qafarlının yaşadığı Qıraqlı kəndində yerləşən fərdi yaşayış evinin hamamında dəm qazından zəhərlənərək öldüyü məlum olub.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.