Qeyrietik sayılan bu hərəkəti saxlamaq orqanizmə zərər verir Həkimdən xəbərdarlıq


Digərləri 09 Eki 2025 19:00:00 62 0

Qeyrietik sayılan bu hərəkəti saxlamaq orqanizmə zərər verir  Həkimdən xəbərdarlıq

İctimai yerlərdə əsnəmək qeyri-etik davranış hesab olunsa da, əsnəmək istəyini saxlamaq beynin və tənəffüs sisteminin normal işini poza bilər.

Son.az xəbər verir ki, bu barədə rusiyalı nevroloq Kseniya Arifcanova açıqlama verib.

Onun sözlərinə görə əsnəmə sadəcə yorğunluq əlaməti deyil, beynin və bədənin vacib fizioloji mexanizmidir. Əsnəmə zamanı insan dərin nəfəs alır, üz, boğaz və boyun əzələləri gərilir, nəfəs qısa müddət dayanır, sonra isə yavaşca buraxılır. Bu prosesi beyin sapı və hipotalamusdakı tənəffüs mərkəzləri idarə edir.

"Əsnəmə beynin temperaturunu tənzimləyir, oyanıqlığı qoruyur və tənəffüs sisteminin sabit fəaliyyətinə kömək edir," - deyə həkim bildirib.

Araşdırmalar göstərir ki, əsnəmə zamanı beyində qan dövranı artır, bu da beyin istiliyini azaldır və ağciyərlərin dərin havalanmasını təmin edir. Əsnəməni saxlamaq bu mexanizmi pozur, nəticədə diqqət azalır, yorğunluq və hava çatışmazlığı hissi yaranır.

Əsnəmə həm də boğaz və qırtlaq əzələlərini dartaraq yuxarı tənəffüs yollarını müvəqqəti genişləndirir. Bu, uzun müddət oturaq vəziyyətdə çalışan və ya əzələ gərginliyi yaşayan insanlar üçün xüsusilə vacibdir.