Jurnalist Elçin Alıoğluna qarşı suiqəsd hazırlanıb
Digərləri 09 Eki 2025 10:59:00 65 0
Bakı Ağır Cinayətlər Məhkəməsində "Trend" Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, "Baku Network" analitik platformasının rəhbəri, Azərbaycanın aparıcı siyasi şərhçilərindən və beynəlxalq təhlükəsizlik sahəsində ekspertlərindən biri olan Elçin Alıoğluna qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu haberi de oku: Azərbaycanda erməni mənşəli proqramlar yüklənilir – Hesabınız təhlükədə
Məhkəməyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28-ci (cinayətə cəhd) və 277-ci (dövlət xadimi və ya ictimai xadimin həyatına sui-qəsd) maddələri üzrə ittiham olunan Sarıcanov Abülfəzl Azər oğluna qarşı cinayət işi təqdim edilib. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs Elçin Alıoğluna qarşı hücumu məqsədyönlü şəkildə hazırlayaraq, cinayətin vaxtını və detalları diqqətlə planlaşdırıb.
Bu gün hakim Səbinə Adil qızı Məmmədzadənin sədrliyi, hakimlər Eldar Hüseyn oğlu İsmayılov və Sabir Sübhi oğlu Hüseynovun iştirakı ilə keçirilən hazırlıq iclasında tərəflərin mövqeləri dəqiqləşdirilib və işin gələcək baxış qaydası müəyyən edilib.
İlkin məlumatlara əsasən, istintaq belə qənaətə gəlib ki, sui-qəsd cəhdinin motivi birbaşa jurnalistin peşəkar fəaliyyəti ilə əlaqədardır. Elçin Alıoğlu Azərbaycan əleyhinə informasiya kampaniyalarını və Bakıya qarşı yönəlmiş geosiyasi manipulyasiyaları ifşa edən analitik yazıları ilə tanınır.