Süni intellekt bakteriyaları öldürən viruslar yaratdı Tibbdə yeni dövr başlayır
Digərləri 09 Eki 2025 11:53:00 88 0
Alimlər süni intellektin köməyi ilə bakteriyaları məhv edə bilən 16 virusu uğurla layihələndiriblər. Bu kəşf antibiotiklərin təsirini itirdiyi dövrdə tibbdə inqilabi dönüş nöqtəsi hesab olunur. Lakin eyni zamanda biotəhlükəsizlik baxımından da ciddi narahatlıqlara səbəb olub.
Bu haberi de oku: Artıq genetik xəstəliklərin qarşısı vaxtında alınacaq
Son.az xəbər verir ki, Stenford Universiteti və Arc İnstitutu alimləri Evo-1 və Evo-2 adlı qabaqcıl süni intellekt modellərindən istifadə edərək bakteriyaları hədəf alan bakteriofaqların tam genomlarını hazırlayıblar. Bu, tarixdə ilk dəfə süni intellekt vasitəsilə virusun sıfırdan dizayn edilməsidir.
Tədqiqat zamanı süni intellekt təxminən 2 milyon bakteriofaq genomu üzərində öyrədilib və DNT ardıcıllıqlarındakı nümunələri tanımağı öyrənib. Nəticədə phiX174 adlı sadə bir virusun yeni variantları yaradılıb və E. coli bakteriyalarına qarşı sınaqdan keçirilib.
Laborator sınaqlarda 302 süni intellekt dizaynından 16-sı bakteriyaları uğurla məhv edib, hətta bəziləri təbii viruslardan daha güclü təsir göstərib.
Sintetik biologiyanın banilərindən biri, alim J. Craig Venter texnologiyanın potensial təhlükəsinə diqqət çəkib:
"Virusların yaradılmasında süni intellektdən istifadə çox ehtiyatla aparılmalıdır. Təsadüfi və gözlənilməz nəticələr fəlakətə səbəb ola bilər."