Azərbaycanda vəzifəli şəxs vəfat etdi


Digərləri 08 Eki 2025 10:05:00 80 0

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar Departamentinin rəhbəri Mehman Kərimov vəfat edib.

Son.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, o, bu gün səhər saatlarında dünyasını dəyişib.

Bildirilib ki, M.Kərimov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib.

Qeyd edək ki, Mehman Kərimov 2022-ci ildən bu vəzifədə çalışırdı. MOK-da marketinq direktoru kimi fəaliyyətinə isə 2010-cu ilin aprelində başlamışdı.