Sizi narahat edən düşüncələrdən 15 dəqiqəyə qurtulmağın yolu


Digərləri 08 Eki 2025 08:08:00 86 0

Sizi narahat edən düşüncələrdən 15 dəqiqəyə qurtulmağın yolu

Psixoterapevt narahat düşüncələrdən 15 dəqiqəyə qurtulmağın yolunu açıqlayıb.

Son.az xəbər verir ki, Britaniyalı psixoterapevt Salli Beyker insanlara cəmi 15 dəqiqəyə narahat düşüncələrdən xilas olmağa imkan verən sadə texnikanı təqdim edib. Bu barədə Daily Mail məlumat yayıb.

Mütəxəssisin sözlərinə görə, narahat fikirlər üzərində çox düşünmək onların təsirini daha da gücləndirir. Buna görə də insanın bu düşüncələri idarə etməyi və onlara qarşı düzgün reaksiya göstərməyi öyrənməsi vacibdir.

Beykerin təklif etdiyi metod üç mərhələdən ibarətdir - identifikasiya (müəyyənləşdirmə), sakitlik və dəyişdirmə.

Birinci mərhələdə insan onu narahat edən fikri və bu hissin bədəndə harada hiss olunduğunu müəyyən etməlidir. Psixoterapevtin sözlərinə görə, "özünüzə sual verin: narahatlığı harada hiss edirəm - başımda, boynumda, çiyinlərdə, ürəkdə, döş qəfəsində, qarında, ayaqlarda, yoxsa dərimdə?"