Bu gün nadir təbiət hadisəsi olacaq


Digərləri 22 Ağu 2025 04:04:00 82 0

Bu gün nadir təbiət hadisəsi olacaq

Avqustun 22-də səma nadir kosmik hadisəyə "Qara Ay"a şahidlik edəcək.

Son.az xəbər verir ki, bu, bir təqvim ayında ikinci dəfə yeni ay fazasının yaranması ilə baş verir.

Yeni ay zamanı Ay Yer və Günəşin arasında olduğundan onun Yerə baxan tərəfi görünmür.

Təxminən hər 33 ayda bir baş verən bu hadisə bəzi inanclı insanlar tərəfindən dini mətnlərlə əlaqələndirilsə də, alimlər bildirirlər ki, narahatlığa heç bir əsas yoxdur.