Azərbaycanda 24,2 milyon manatlıq LAYİHƏ
Digərləri 21 Ağu 2025 23:29:00 49 0
Azərbaycanda 100 MVt-lıq günəş elektrik stansiyaların enerjisistemə inteqrasiyası ilə əlaqədar 110 kV-luq 2 dövrəli elektrik veriliş xətləri tikiləcək.
Bu haberi de oku: Bu bürclər bilinməyənə atılacaq və uğur qazanacaq
Son.az-ın məlumatına görə, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla bağlı müvafiq işlərə yekun vurub.
Belə ki, ASC sözügedən işlərin icrasını "Azərelektrik Tikinti Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 24 165 668 manat ödənilib.
Kaynak: milli.az