Xaçmazda 21 yaşlı qız 6cı mərtəbədən yıxıldı


Digərləri 21 Ağu 2025 17:50:00 69 0

Xaçmazda 21 yaşlı qız 6cı mərtəbədən yıxıldı

Xaçmazda 21 yaşlı qız binadan yıxılıb.

Son.az xəbər verir ki, Xaçmaz şəhər sakini 2004-cü il təvəllüdlü İsgəndərova Rəvanə Araz qızı Nəriman Nərimanov 21a ünvanında, Qayalı marketin üstündə yerləşən 9 mərtəbəli binanın 6-cı mərtəbəsindən yerə yıxılıb.

O, aldığı ağır bədən xəsarətlərdən hadisə yerində ölüb. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Pataloji Anatomiya Birliyinin Xaçmaz şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.