Qəbul nəticələri bu tarixdə bilinəcək RƏSMİ


Digərləri 21 Ağu 2025 19:26:00 63 0

Qəbul nəticələri bu tarixdə bilinəcək  RƏSMİ

Ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 19-da başa çatıb. Ümumilikdə 86 min 461 abituriyent və subbakalavr ixtisas seçimi edib.

Bəs ixtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq?

DİM-dən bildirilib ki, hazırda müsabiqə nəticələrinin emalı davam edir.

Məlumatda bildirilib ki, ümumi müsabiqədən əvvəl ali təhsil müəssisələrinə (xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan - Fransız Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və s.) yerləşdirilənlərin, o cümlədən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunanların siyahıları dəqiqləşdirilir.


Habere ait video