Azərbaycanda internetə DDoS tipli kiber hücum oldu RƏSMİ


Digərləri 21 Ağu 2025 16:59:00 82 0

Azərbaycanda internetə DDoS tipli kiber hücum oldu  RƏSMİ

Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, ölkəyə internet trafiki təqdim edən əsas "backbone" operatorlardan biri olan "Delta Telekom"a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.

Ölkəmizdə internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet provayderləri dərhal alternativ "backbone" operatorlarının şəbəkəsinə yönləndirilib. Qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub.