Rəqsanə ev dustaqlığına buraxılacaq? Vəkili danışdı


Digərləri 21 Ağu 2025 15:50:00 49 0

Rəqsanə ev dustaqlığına buraxılacaq?  Vəkili danışdı

Müğənni Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb.

Son.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən proses zamanı qərar qəbul olunaraq Rəqsanə İsmayılovanın şikayəti təmin olunmayıb.

Müğənni barədə birinci instansiyanın seçdiyi həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.

Onun həbsinin ev dustaqlığı ilə əvəz olunması sualına cavab olaraq vəkili Hikmət Əliyev Baku Tv-yə bildirib ki, bununla bağlı növbəti mərhələlərdə tərəfimizdən müraciət olunacaq:

"Onunla bağlı xəstəlik kağızları və müəyyən sənədlər təqdim edildikdən sonra yenidən ev dustaqlığı ilə bağlı müraciət edəcəyik. Rəqsanə xanımın ev dustaqlığına buraxılması üçün kifayət qədər əsaslar var. Düşünürəm ki, növbəti dəfə biz buna nail olacağıq".