Məşhur ağrıkəsici şizofreniya simptomları yaratdı
Digərləri 22 Ağu 2025 00:42:00 64 0
Amerikalı tədqiqatçılar qeyri-adi bir klinik hadisənin şahidi olublar.
Bu haberi de oku: Paşinyan: “Seçkilərdə xalq sülh barədə qərar verəcək”
Belə ki, 67 yaşlı kişiyə halüsinasiyalar görməyə başlayandan sonra şizofreniya diaqnozu qoyulsa da, sonradan bunun əsl səbəbinin ağrıkəsicilərin yan təsirləri olması üzə çıxıb.
Son.az xəbər verir ki, bununla bağlı araşdırma "Cureus" jurnalında dərc olunub.
"Xəstə xroniki bel ağrısından əziyyət çəkirdi və hidrokodon ilə asetaminofen kombinasiyası olan "Vikodin" qəbul edirmiş. Dozanı artırdıqdan sonra onda eşitmə və görməyə dair problemlər- halüsinasiyalar, həmçinin paranoyya inkişaf etdi. Kişi damda qurdlar "görüb", aşağılayıcı səslər eşidib və s. Ancaq dərman qəbulunu dayandırdıqdan sonra simptomlar tamamilə yox oldu",- nəşr yazıb.