Atəşkəs zəruri deyil – Tramp
Dünya 18 Ağu 2025 21:51:00 87 0
Ağ evdəki görüş zamanı jurnalist Trampdan atəşkəsin əldə olunmaması halında ciddi nəticələrin olub-olmayacağını soruşub.
Bu haberi de oku: ABŞnin Ukrayna ilə bağlı planı nədir?
Tramp cavabında "Məncə, atəşkəsə ehtiyac yoxdur" deyib.
ABŞ prezidenti əlavə edib ki, "ola bilsin, atəşkəsin olması yaxşıdır, amma sülh üçün mütləq şərt deyil".
O, həmçinin bildirib ki, "strateji baxımdan, hansısa ölkə atəşkəs istəməyə bilər".
Xatırladaq ki, bu açıqlama Trampın ötən həftə Putinlə görüşündən əvvəlki mövqeyindən fərqlənir. Tramp cümə günü keçirilən sammitdən öncə atəşkəsin "sürətlə" əldə olunmasını istədiyini, əks halda Rusiyanı iqtisadi sanksiyalarla hədələdiyini demişdi. Lalə Qüdrətova Son.az