"Ağ Evdə nümayiş olunan xəritə Zelenskiyə təzyiqin qrafik xatırlatmasıdır"


Dünya 18 Ağu 2025 22:49:00 88 0

"Ağ Evdə nümayiş olunan xəritə Zelenskiyə təzyiqin qrafik xatırlatmasıdır"

Oval Ofisdə, Donald Tramp və Volodimir Zelenski "Resolute Desk"in (Prezidentin məşhur masası) qarşı tərəfində oturarkən, otaqda Ukraynanın 1992-2013-cü illər sərhədləri ilə böyük xəritəsi nümayiş olunub.

Son.az xəbər verir ki, bu barədə BBC-nin şimali Amerika müxbiri  yazıb.

"Xəritədə ölkənin şərq hissəsi çəhrayı rənglə işarələnmişdi ki, bu da hazırda Rusiya hərbi qüvvələrinin nəzarətində olan əraziləri - ölkənin təxminən 20%-ni göstərirdi.

Bu, otaqdakı ukraynalılar üçün dörd ilə yaxın davam edən müharibənin mövcud vəziyyətinin soyuq bir xatırlatması idi - həm də Tramp üçün mətbuat nümayəndələri otaqdan çıxdıqdan sonra Zelenskiyə "torpaq qarşılığında sülh" üçün təzyiq göstərməyin vizual vasitəsinə çevrilə bilərdi." deyə qeyd olunub. Lalə Qüdrətova Son.az