Ürəkbulanmaya əhəmiyyət verməyən hamilə qadında ölümcül xəstəlik aşkarlandı
Dünya 19 Ağu 2025 21:00:00 83 0
Böyük Britaniyada hamilə qadın Sofiya Yasin səhərlər yaşadığı halsızlıq və ürəkbulanmanı adi qəbul edib, lakin sonradan ölümcül xəstəliyə tutulduğu məlum olub.
Bu haberi de oku: Putinlə Zelenski nə vaxt görüşəcək?
Son.az xəbər verir ki, onun hekayəsini People dərc edib.
29 yaşlı Yasin 2024-cü ilin iyununda hamilə qaldığını bildirib. Bir müddət sonra onda tez-tez qusma, gecə tərləməsi və qaşınma başlayıb. Qadın ilk vaxtlar bunun hamiləliyin normal əlamətləri olduğunu düşünüb. Lakin ikinci trimestrdə işdə qəfil huşunu itirib və xəstəxanaya aparılıb. Əvvəlcə həkimlər pnevmoniyadan şübhələnsələr də, sonradan ona aqressiv formada inkişaf edən B-böyükhüceyrəli qeyri-Hodgkin limfoması diaqnozu qoyulub. Şişin ürəyin üstündə sürətlə böyüdüyü və dərhal kimyaterapiyaya başlanılmasının vacib olduğu bildirilib. Müalicənin dölə ciddi zərər verəcəyi üçün qadın məcburən abort etdiyini deyib.