Zelenski: Trampla çox yaxşı söhbət apardım
Dünya 18 Ağu 2025 23:24:00 88 0
Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evin Şərq Zalında digər Avropa liderləri ilə çoxtərəfli görüş öncəsi ABŞ Prezidenti Donald Trump ilə "çox yaxşı söhbət" apardığını bildirib.
Bu haberi de oku: ABŞnin Ukrayna ilə bağlı planı nədir?
"Düşünürəm ki, Prezident Tramp ilə çox yaxşı söhbət apardıq," - o, deyib. "Çox həssas mövzulardan danışdıq."
O, aşağıdakı məqamları qeyd edib:
Təhlükəsizlik təminatları: Zelenski bildirib ki, Ukraynanın təhlükəsizliyinin təmin olunmasına görə o, liderlərin verdiyi dəstəkdən çox məmnundur.
Humanitar məsələlər: O, Tramp və ABŞ Birinci xanımına Ukraynanın qaçırılmış uşaqları ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə məktub yazdıqları üçün təşəkkürünü bildirib.
Üçtərəfli görüş: Rusiya üçtərəfli görüşə razılaşdığı halda, Zelenski Trampın orada olmasından məmnun olacağını söyləyib. Lalə Qüdrətova Son.az