Putinlə Zelenski nə vaxt görüşəcək?
Dünya 19 Ağu 2025 22:52:00 219 0
Rusiya Prezidenti Vladimir Putin yaxın həftələrdə Ukrayna lideri Volodimir Zelenski ilə təkbətək görüş keçirəcəyini vəd edib.
Bu haberi de oku: Hansı meyvə və tərəvəzlər diş fırçanı əvəz edə bilər?
Son.az xəbər verir ki, bu haqda Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə bildirib.
Belə ki, müxbirin "Putin yaxın həftələrdə Zelenski ilə birbaşa görüş keçirəcəyinə söz veribmi?" sualına Levitt "Bəli" cavabını verib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Putin və Zelenski arasında görüş üçün hazırlıqlara başladığını açıqlamışdı. O, bu danışıqların Ukrayna münaqişəsinə son qoyacağına ümid etdiyini bildirib.
Kaynak: milli.az