Bu məşhur markanın iki modeli "ölümcül maşınlar" sırasındadır FOTO


Digərləri 18 Ağu 2025 21:00:00 87 0

Bu məşhur markanın iki modeli "ölümcül maşınlar" sırasındadır  FOTO

ABŞ-də "Mitsubishi Mirage" və "Mirage G4" modelləri ölümcül qəzaların sayına görə siyahıda iki dəfə yer alıb.

"iSeeCars"ın araşdırmasına görə "Mirage" hetçbek hər milyard milə 13,6 ölümcül qəza göstəricisi ilə üçüncü yeri tutub və bu göstərici "Chevrolet Corvette" ilə eynidir. "Mirage G4" sedanı isə 10,1 göstərici ilə yeddinci sıradadır. Hər iki model ABŞ yollarındakı ortalama avtomobil qəza göstəricisindən təxminən 4,8 dəfə yüksək nəticə göstərir.

Mitsubishi şirkəti 2025-ci ildən əvvəl bu modelləri bazardan çıxaracağını açıqlayıb. Lakin yüksək qəza göstəriciləri buna baxmayaraq davam edib.