İrandan Azərbaycana 40 kq narkotik keçirilməsinin qarşısı alınıb
Digərləri 19 Ağu 2025 13:01:00 62 0
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
Bu haberi de oku: Tramp Putinə zəng etmək üçün Avropa liderləri ilə görüşü dayandırıb
Bu barədə Son.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqust ayının 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 40 kiloqram 900 qram narkotik vasitə (37 kq 900 qram marixuana, 3 kq tiryək) 5000 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.