Bakıda kirayə ev tapmaq çətinləşdi Tələbələr bahalaşmadan şikayət edir
Digərləri 19 Ağu 2025 10:30:00 72 0
Tədris ilin başlanmasına az qalıb. Bu da tələbələrin Bakıya axını deməkdir. Bu isə birbaşa olaraq kirayə qiymətlərinə təsir edir.
Bu haberi de oku: Temperatur yenidən artır 37 dərəcə isti olacaq
Bəs kirayə qiymətləri necədir?
Son.az xəbər verir ki, tələbələr qiymətlərin bahalığından şikayət edirlər:
"1 otaqlı evlər əvvəl 300 manat idisə, indi 400-450 manata təklif olunur. Qiymətlər evlərin metroya, universitetə yaxin yerləşməsindən asılıdır. 2 otaqlı evlər isə 500-650 manat arasıdır".
Onların sözlərinə görə, evlərin qiyməti bəzən azala da bilər. Bu isə mənzilin təmiri və şəraitindən asılı olaraq dəyişir.
Əmlak ekspertləri düşünür ki, köhnə binaların sökülməsi daşınmaz əmlakların qiymətlərinin artmasına təsir göstərir. Həmin binaların sökülməsi kirayəlik mənzillərin azalmasına, o ərazidə yaşayan insanların özlərinin də uzun müddətli kirayə mənzilə çıxdığı bildirilir. Bu da kirayə mənzillərin əlçatanlığını azaldır.
Qeyd edək ki, ekspertlər gələn ay da bahalaşmanın olacağını istisna etmir.
Asya Son.az