Türkiyədə neçə azərbaycanlı tələbə təhsil alır?


Digərləri 19 Ağu 2025 12:10:00 80 0

Türkiyədə neçə azərbaycanlı tələbə təhsil alır?

Hazırda Türkiyədə 45000 nəfərə yaxın azərbaycanlı tələbə təhsil alır.

Son.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 2019-2024-cü illər üzrə xaricdə əldə olunan kvalifikasiyaların tanınması üzrə TKTA-ya 22578 müraciət daxil olub. Bu müraciətlərin 5327-si Türkiyədən əldə olunan kvalifikasiyaların payına düşür.

Qeyd olunan ötən altı ilə münasibətdə Türkiyədən əldə olunan kvalifikasiyaların tanınması barədə müraciətlərin 5107-si müsbət qərar, 220-si barəsində isə imtina qərarı verilib.