Təşvişə düşməyin MN məlumat yaydı


Digərləri 18 Ağu 2025 15:19:00 86 0

Təşvişə düşməyin  MN məlumat yaydı

Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək.

Son.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 18-22 avqust tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayat olunmaqla Ağdərə rayonu ərazisindəki "Gödəkburun" təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd edilib.