RusiyaUkrayna müharibəsi bitir?
Digərləri 19 Ağu 2025 15:44:00 70 0
ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, yaxın həftələrdə Ukrayna münaqişəsinin danışıqlar vasitəsilə həll olunub-olunmayacağı məlum olacaq.
Bu haberi de oku: Zelenski Trampa təşəkkür etdi
Son.az xəbər verir ki, bu fikri Ağ Evdə Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüş zamanı bildirib.
Tramp həmçinin rusiyalı və ukraynalı həmkarlarının iştirakı ilə üçtərəfli görüşün təşkil ediləcəyinə əminliyini ifadə edib. ABŞ lideri qeyd edib ki, vacib olan bu görüşün keçirilməsi deyil, onun vaxtıdır.
Kaynak: milli.az