Ev tikintisinə sərmayələr artdı: 7 ayda 1,5 milyard manat..
Digərləri 19 Ağu 2025 14:10:00 56 0
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan yaşayış evlərinin tikintisinə 1,5 milyard manat sərf olunub.
Bu haberi de oku: Alimlərdən yenilik: Daxili səsi deşifrə edən beyin çipi yaradılır
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 411 milyon manat və ya 36,7% çoxdur.
Belə ki, 2024-cü ilin ilk yeddi ayında ölkədə əsas kapitala yönəldilmiş investisiyalardan yaşayış evlərinin tikintisinə 1,1 milyard manat sərf olunmuşdu.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9,9 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,4% çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 18,4% azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 15% artıb.
Ümumi sərmayənin təqribən 5 milyard manatı və ya 50,9%-i məhsul istehsalı sahələrinin, 3,3 milyard manatı (33,7%-i) xidmət sahələrinin, 1,5 milyard manatı (15,4%-i) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 52,2%-i dövlət, 47,8%-i qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 78,9%-i tikinti-quraşdırma işlərinə sərf edilib.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 76,7%-ni təşkil edib.