Axşam saatlarında kofe içəndə özünü idarə etmə səviyyəsi düşürmüş Araşdırma
Digərləri 08 Ağu 2025 21:45:00 115 0
Gecə qəhvə içməyin yan təsirləri ortaya çıxdı: Qadınlarda isə...8 Avqust 2025 15:50
Bu haberi de oku: İngiltərədə təhlükəli kosmetik prosedurlara qarşı mübarizə: Hökumət sərt tədbirlər planı açıqladı
Axşam saatlarında qəhvə qəbulu özünə nəzarəti zəiflədə və impulsiv reaksiyalara səbəb ola bilər.
Bu, Texas Universitetinin bioloqlarının gəldiyi nəticədir.
Qeyd olunur ki, təcrübə meyvə milçəkləri üzərində aparılıb. Mütəxəssislər günün vaxtından və həşaratın cinsindən asılı olaraq kofeinin milçəklərin davranışına təsirini təhlil ediblər. Maddə tətbiq edildikdən sonra həşəratların impulsiv reaksiyaları yatırmaq qabiliyyəti qiymətləndirilib. Məsələn, kəskin hava ilə qarşılaşdıqda uçuşu dayandırmaq. Alimlər izah ediblər ki, normal şəraitdə milçəklər ciddi maneə ilə qarşılaşdıqda dayanırlar.
Müəyyən edilib ki, gecələr istehlak edilən kofein milçəklərdə, xüsusən də dişilərdə özünü idarə etmə səviyyəsini xeyli aşağı salıb: narahatlığa baxmayaraq, onlar fəaliyyətini qoruyub saxlayıblar. Kofeinin gündüz vaxtı qəbulu isə oxşar təsirə səbəb olmayıb.