Bu rayonlarda təbiətə 18 min manatlıq ziyan vuruldu


Digərləri 08 Ağu 2025 19:02:00 82 0

Bu rayonlarda təbiətə 18 min manatlıq ziyan vuruldu

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi və İmişli rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumat yayıb.

Araşdırma zamanı ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 18720 manat məbləğində ziyan dəydiyi  müəyyən edilib.

Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.