BərdəXankəndi istiqaməti üzrə reyslərin sayı artırılır
Digərləri 08 Ağu 2025 17:33:00 71 0
"Böyük Qayıdış" proqramı çərçivəsində ötən ilin sentyabrında istifadəyə verilən Bərdə-Xankəndi müntəzəm avtobus reyslərinin sayı artırılıb
Bu haberi de oku: Hava dəyişir Əhaliyə xəbərdarlıq
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 11-dən Bərdə-Xankəndi istiqaməti üzrə daha 3 reys fəaliyyətə başlayacaq. Bununla da bu istiqamətdə gün ərzində 6 reysin həyata keçirilməsi nəzərdə tutulub. Sözügedən reyslər üzrə aralıq məntəqə olaraq Xocalı şəhəri təyin edilib:
"İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə yeni reyslər üzrə avtobuslar Xankəndidən Bərdəyə saat 07:00, 11:30 və 16:30-da yola düşəcək".