Gözlərdə sağlamlıq problemlərini göstərən 5 əlamət


Digərləri 08 Ağu 2025 18:30:00 69 0

Gözlərdə sağlamlıq problemlərini göstərən 5 əlamət

Göz formasındakı dəyişikliklər və ya görmə qabiliyyətinin zəifləməsi təkcə oftalmoloji problem deyil, həm də daxili orqanların fəaliyyətində pozuntu əlaməti ola bilər. Bu dəyişikliklər bəzən sağlamlığı və hətta həyatı xilas edə biləcək əlamətlərdir.

Son.az lent.az-a istinadən bildirir ki, aşağıdakılar gözlərdəki problemlərlə bağlı xəbər verir.

Gözlərdə yanma hissi - ABŞ-lı həkim Amir Xan bildirib ki, gözlərdə yanma hissi qalxanabənzər vəzi ilə bağlı problemlərin əlaməti ola bilər. Bu halda qan analizindən keçmək tövsiyə olunur.

Gözlərin irəli çıxması (ekzoftalm) - bu, əsasən autoimmun tirotoksikozun, xüsusilə də Qreyvs xəstəliyinin əlamətidir. Bu zaman immun sistemi həm qalxanabənzər vəziyə, həm də göz arxasındakı toxumalara hücum edir, bu da göz əzələlərinin iltihabına, toxumaların şişməsinə və gözlərin irəli çıxmasına səbəb olur.

Göz qapağının sallanması (ptoz) - əgər birdən birə bir göz qapağınızın aşağı sallandığını görsəniz, bu nevroloji pozğunluğun və ya insultun ilkin xəbərdarlığı ola bilər. Bu hal ani baş verərsə, nitqdə anlaşılmazlıq və ya bədəndə zəiflik müşahidə olunarsa, dərhal həkimə müraciət olunmalıdır.


Habere ait fotoğraflar