Ciddi bahalaşma var Təsdiqləndi


Digərləri 08 Ağu 2025 21:05:00 118 0

Ciddi bahalaşma var  Təsdiqləndi

İyul ayında dünya ərzaq qiymətləri iyunla müqayisədə 1,6% artıb. Ət və bitki yağlarının bahalaşması dənli bitkilər, süd məhsulları və şəkər üzrə qiymət azalmasını kompensasiya edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) aylıq icmalında bildirilir.

Məlumata görə, iyulda ərzaq qiymətləri indeksi 130,1 bənd təşkil edib ki, bu da iyun göstəricisindən 1,6% və ya 2,1 bənd yüksəkdir. 2024-cü ilin iyulu ilə müqayisədə indeks 7,6% artıb, lakin 2022-ci ilin martında qeydə alınmış rekord həddən 18,8% aşağı olub.