Sabiq Baş nazir Elçin Əfəndiyevin vida mərasiminə niyə qatılmayıb?


Digərləri 07 Ağu 2025 13:02:00 58 0

Sabiq Baş nazir Elçin Əfəndiyevin vida mərasiminə niyə qatılmayıb?

Xəbər verdiyimiz kimi, ölkənin sabiq Baş naziri Artur Rasi-zadə Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasiminə qatılmayıb, bu isə müzakirələrə səbəb olub.

Son.az-ın məlumatına görə, Manset.az məsələ ilə bağlı A.Rasi-zadədən açıqlama alıb.

O bildirib ki, səhhətindəki problemlərlə əlaqədar mərasimdə iştirak edə bilməyib: "Mən güclə beş addım atıram. Qan təzyiqim yüksəkdir, mənim üçün bu istilərdə çölə çıxmaq çox çətindir. Elçinin həyat yoldaşı ilə danışdım, başsağlığı verdim. Səhhətimlə bağlı vida mərasiminə getməmişəm. Elçin Əfəndiyevlə çox yaxşı münasibətim olub. Onun kiçik qızı ilə nəvəm rəfiqədir. Yanıma da gəlmişdilər. Bu cür iddialar əsassızdır, boş, axmaq söhbətlərdir. İnsanıq, xəstə ola bilərik, 90 yaşım var. Başqa nə ola bilər ki? Mənim yeganə qızım da, nəvəm də orada iştirak edib. Mərasimə əklil də göndərmişəm".

Xatırladaq ki, tanınmış yazıçı, ictimai-siyasi xadim, uzun illər Baş nazirin müavini vəzifəsində çalışmış Elçin Əfəndiyev avqustun 3-ü vəfat edib.