DTXnin Azərbaycanda saxladığı Fransa şirkətinin vitseprezidenti ifadə verdi
Digərləri 31 Tem 2025 17:20:00 92 0
Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın "SAUR" şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bu haberi de oku: Azərbaycanın dövlət borcunun yeni tərkibi açıqlanıb
Trend xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O, Azərbaycana işgüzar səfərə gəldiyini bildirib:
"Azərbaycanın su infrastrukturuna yatırım etməyə gəlmişdim. Ölkəyə gəlməyimin ikinci günündə DTX-nin inzibati binasında ifadə verdim. Mən passiv korrupsiya və cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırmada iştirakda günahlandırılıram. Baş vermiş hadisə ilə bağlı deyə bilərəm ki, 2022-ci ilin oktyabr ayında Fərhad Əhmədovun ofisi tərəfindən mənə müraciət olunub. Onun yoldaşından boşanması ilə əlaqədar London Məhkəməsi tərəfindən əmlaklarının dondurulmasına qərar verilmişdi. Ona görə Fərhad Əhmədov 500 milyon dəyərində yaxtasının illik xərcinin 16 milyon dollardan hesablanması ilə bağlı və digər hüquqi məsələləri həll etmək üçün mənə müraciət edib.
Mənim konsultant olaraq fəaliyyətimi eşidib mənimlə əlaqəyə keçib. Həmin dövrdə mən "Viola" şirkəti ilə bir neçə milyardlıq layihələri idarə edirdim. Hamı məni çox çətin məsələləri düzgün şəkildə idarə edə bilmə bacarığıma görə tanıyırdı. Fərhad Əhmədovla müqavilələr imzalaşmışdıq, mən onlara hüquqi müstəvidə yardım edəcəkdim. Fərhad Əhmədov mənə işlərini görməyim üçün etibarnamə də təqdim etmişdi. Xahiş edirəm onu iş materiallarına da əlavə edəsiniz".
Məhkəmədə həmin sənədin iş materiallarına əlavə olunduğu bildirilib.
A.Derraz ifadəsinin davamında bildirib ki, həmin etibarnaməyə əsasən F.Əhmədovun "Luna" adlı yaxtası ilə bağlı məsələlərdə strateji məsləhətçisi olub:
"Mən strateji məsləhətçi və komandaya liderlik göstərərək, F.Əhmədov adından yaxta ilə bağlı prosedurları həyata keçirmişəm. Vəzifəm hüquqi prosedurlara nəzarət idi".
A.Derraz onu da deyib ki, ittihamlara tək-tək cavab vermək istəyir:
"Öncədən qeyd etdiyim avansın məbləği 200 min dollar idi. Əgər dondurmanı aradan qaldırmağı bacarsaydım, o mənə 2 milyon dollar ödəməli idi. Bu rəqəmi 500 milyon dollarlıq aktivlə müqayisə edirdik. Tez bir zamanda problemi aradan qaldırmağa çalışırdıq. Çünki texniki səbəblərə görə, yaxtanın dəyəri hər gün düşürdü. Müqavilə imzalanarkən Benalla isə həmin vaxt artıq Fransa Prezidenti Makronun administrasiyasından qovulmuşdu və Fransada Benalla haqda araşdırma aparılırdı.
Mənə Benalla haqda Fərhad Əhmədov bildirmişdi ki, yoldaşı ilə bağlı məsələlərə Benalla dəstək olub və işində professionaldı, Dubayda da yaxşı əlaqələri var. F.Əhmədov da bunu ifadəsində göstərib. Mən də sadəcə, Fərhad Əhmədovla çalışmış, onlara yardım etmişəm, məlumat vermişəm".