Valideynlərin uşaqlarına qoymaq istədiyi adlar "Candərd", "Kündə"...
Digərləri 01 Ağu 2025 11:30:00 110 0
Ad seçmə məsələsinə etinasız yanaşmaq uşaqların həyatına mənfi təsir edir.
Bu haberi de oku: "1000 nəfərə aspirin versək, 5 il ərzində infarktın qarşısını ala bilərik, amma..."
Son.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
O qeyd edib ki, adın seçilməsində əsas məsuliyyət ata və ananın üzərinə düşür. Buna görə də ad seçmə valideynlərin məsuliyyətini daha da artırır:
"Çünki valideynlər tərəfindən düşünülməmiş qoyulan adlar, sonradan övladlar tərəfindən dəyişdirilməsinə səbəb olur. Bunun mənfi nəticəsi uşaq boya-başa çatandan sonra daha çox diqqəti cəlb edir. Təəssüf ki, bir sıra valideynlər müqəddəs vəzifələrini, borclarını unudaraq aşağıdakı adları övladlarına verirlər:
Stəkan, Şüşəbənd, Türmə, Candərd, Kəniz, Kündə, Külək, Məlumat, Meyxoş, Qaçmaz, Bütöv, Rəzil, Şikayət".