Sərhədi pozmaq istəyən 2 Əfqanıstan vətəndaşı saxlanıldı


Digərləri 01 Ağu 2025 12:22:00 92 0

Sərhədi pozmaq istəyən 2 Əfqanıstan vətəndaşı saxlanıldı

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıblar.

Bu barədə Son.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Belə ki, iyulun 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində 2 nəfər Əfqanıstan vətəndaşı - 1999-cu il təvəllüdlü Qasimi Reza Həbibulla və 2002-ci il təvəllüdlü Həsəni Məhəmmədrza Məhəmmədnaim dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.