Arif Bəhərçiyevin cəzası azaldıldı


Digərləri 01 Ağu 2025 11:53:00 100 0

Arif Bəhərçiyevin cəzası azaldıldı

Bakıda kafedə bayram günü 2 nəfəri qətlə yetirməkdə təqsirləndirilən Arif Bəhərçiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Arif Bəhərçiyevə təyin edilmiş cəza 1 il azaldılıb. Ona qəti olaraq 19 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Xatırldaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arif Bəhərçiyevə 20 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilib.