Torpağın altından elə maddə tapdı ki... Qızıldan daha dəyərlidir


Digərləri 30 Tem 2025 21:19:00 106 0

Torpağın altından elə maddə tapdı ki...  Qızıldan daha dəyərlidir

Avstraliyada tapılan daşın içindən qızıl yox, daha dəyərli bir xəzinə çıxıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, həmin cisimdən dünyada cəmi 17 ədəddir.

2015-ci ildə Avstraliyanın Meriborou bölgəsində metal axtaran həvəskar David Hole torpaq altında qırmızımtıl gil qatı ilə örtülmüş ağır daş tapıb. O, daşın içində qızıl olduğunu düşünsə də əslində daha nadir və dəyərli meteorit kəşf etdiyini sonradan öyrənib.

Hole bu sirli daşı parçalamağa çalışsa da heç bir nəticə əldə etməyib. Nəhayət, o, daşı Melbourne Muzeyinə aparıb. Muzeyin geoloqu Dermot Henri daşın nadir göydaşı olduğunu təsdiqləyib.