Türkiyədə zəlzələ oldu


Digərləri 31 Tem 2025 16:01:00 76 0

Türkiyədə zəlzələ oldu

Türkiyənin Mərmərə bölgəsində zəlzələ baş verib.

Son.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) Mərmərə dənizi sahillərində zəlzələ qeydə alındığını açıqlayıb.

Zəlzələ 3,5 bal gücündə olub və yerli vaxtla saat 13:36-da baş verib.

Yeraltı təkanların episentri İstanbulun Silivri rayonu, ocağı isə 9,91 kilometr dərinlikdə yerləşib.