Kamçatka zəlzələsindən sonra hansı bölgələrdə zəlzələ riski var?
Digərləri 31 Tem 2025 17:13:00 94 0
Peru hökuməti Rusiyanın Kamçatka bölgəsində baş vermiş güclü zəlzələdən sonra yaranan sunami təhlükəsi ilə əlaqədar bütün limanları müvəqqəti bağlamaq qərarına gəlib. Ölkə prezidentinin administrasiyasından verilən məlumata görə, bu addım yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq şəraitində, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.
Bu haberi de oku: Azərbaycanda şok OLAY: Ana övladını satıb "Qazel"ə dəyişmək istədi
Son.az xəbər verir ki, rəsmi açıqlamada bildirilir ki, profilaktik tədbirlər çərçivəsində limanlar və çimərliklərə giriş tamamilə məhdudlaşdırılıb. Əhalinin və turizm mövsümündə ölkəyə gələn qonaqların təhlükəsizliyinin qorunması üçün bu tədbirlər zəruri hesab olunur. Vətəndaşlar təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, sahilboyu ərazilərdən uzaq durmağa çağırılır. Məlumatda əlavə olunur ki, hökumət və aidiyyəti qurumlar vəziyyəti yaxından izləyir və zəruri hallarda əlavə tədbirlər görməyə hazırdır.
Bu qərar Peru sahillərində potensial sunaminin yaratdığı riskləri minimuma endirmək və mümkün fəsadların qarşısını almaq məqsədilə qəbul olunub. Hökumət və müvafiq strukturlar vətəndaşların təhlükəsizliyini təmin etmək üçün maksimum səylə çalışır.