Katz Xameneini təhdid etdi


Dünya 27 Tem 2025 18:18:00 105 0

Katz Xameneini təhdid etdi

İsrailin müdafiə naziri İsrael Katz İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini təhdid edib.

Son.az xəbər verir ki, o, bu bəyanatı İsrail ilə İran arasında 12 günlük müharibədən sonra əldə olunmuş atəşkəsin bir ay tamamında verib.

Nazir bildirib ki, əgər İran İsrailə qarşı hərbi təxribatları davam etdirərsə, İsrail bu dəfə daha sərt və hədəfli cavab verəcək. Katzın sözlərinə görə, İran rəhbərliyi məsuliyyətsiz addımlar atarsa, nəticələri birbaşa Xameneinin özü üçün təhlükəli ola bilər.