Rusiyada mobil internet məhdudlaşdırıldı


Dünya 29 Tem 2025 10:22:00 104 0

Rusiyada mobil internet məhdudlaşdırıldı

Rusiyanın Krasnoyarsk vilayətində mobil internet məhdudlaşdırılıb.

Son.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Mixail Kotyukov "Telegram" kanalında məlumat yayıb.

Qubernator bildirib ki, bu qərar operativ vəziyyət və şəbəkə təhdidlərinin qarşısını almaq məqsədilə verilib. O, eyni tədbirlərin Rusiyanın digər bölgələrində də tətbiq olunduğunu xatırladaraq, sakinləri anlayış göstərməyə çağırıb. "Bu gün sakinlərin və infrastrukturun qorunması əsas məsələdir," - deyə Kotyukov qeyd edib.