Almaniyada sərnişin qatarı relsdən çıxdı Xeyli yaralı var
Dünya 27 Tem 2025 22:37:00 105 0
Almaniyanın Bavariya əyalətində sərnişin qatarı relsdən çıxıb.
Bu haberi de oku: Təyyarəyə buraxılmadığı üçün hava limanını birbirinə qatdı
Son.az xəbər verir ki, hadisə Bavariyanın cənubundakı Burqhauzen şəhəri yaxınlığında baş verib. Qatar naməlum səbəbdən relsdən çıxaraq qəzaya uğrayıb.
İlkin məlumata görə qəzada azı 20 nəfər xəsarət alıb. Yaralıların bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
Əraziyə çoxlu sayda təcili yardım briqadaları və xilasedicilər cəlb olunub. Qatarın niyə relsdən çıxdığı ilə bağlı araşdırma başladılıb.
Kaynak: milli.az