Çin səddini sökən ərarvad həbs edildi


Dünya 27 Tem 2025 21:20:00 106 0

Çin səddini sökən ərarvad həbs edildi

Böyük Çin səddindən kərpic çıxarıb satan ər-arvad həbs edilib.

Son.az xəbər verir ki, Çinin şimalında yerləşən Şansi əyalətində Böyük Çin səddinə ziyan vurmaqda və tarixi abidədən kərpic çıxarıb satmaqda ittiham olunan ər-arvad saxlanılıb.

Məlumatı yerli hüquq-mühafizə orqanları yayıb.

İlkin araşdırmalara əsasən cütlük UNESCO-nun dünya irsi siyahısında olan Böyük Çin səddinin az nəzarət olunan hissəsində qazıntı apararaq kərpicləri çıxarıb və onları satmağa çalışıb.