Rusiyada yüzlərlə sərnişin aeroportda qalıb FOTO


Dünya 29 Tem 2025 14:25:00 97 0

Rusiyada yüzlərlə sərnişin aeroportda qalıb  FOTO

Rusiyada minə yaxın sərnişin hava limanlarında qalıb.

Son.az xəbər verir ki, Rusiyanın beş bölgə aeroportunda 1068-dən çox sərnişin, o cümlədən uşaqlı ailələr uçuşlarının təxirə salınmasına görə terminalda gözləməli olub.

Gecikmələr əsasən təyyarələrin gec gəlməsi və "Aeroflot"un Moskva reysinin ləngiməsi səbəbindən baş verib. Novosibirskdə 300-dən çox sərnişin Sankt-Peterburq və Tayland istiqamətində, Kemerovo şəhərində 275 nəfər, Krasnoyarskda isə Moskvaya uçan 192 nəfər təyyarəyə minmək üçün gözləyir. Novokuznetsk və Omsk beynəlxalq hava limanlarında isə müvafiq olaraq 160 və 141 nəfər "Aeroflot" sərnişini təxirə düşmüş reysə görə gecikib.