Banan yeyərkən orqanizimdə nə baş verir?
Digərləri 24 Tem 2025 15:49:00 64 0
Banan yeyərkən orqanizmdə baş verənlər həm qısa müddətli enerji artımı, həm də uzunmüddətli sağlamlıq faydaları ilə müşayiət olunur. Bu meyvə təkcə dadlı deyil, eyni zamanda bədən və beyin üçün çox yönlü bir "superqida" sayılır.
Bu haberi de oku: Moskvada Azərbaycan neftini daşıyan şirkətin ofisinə basqın edildi
Son.az banan yedikdən sonra orqanizmdə nələr baş verdiyini addım-addım izah edir:
Qan şəkəri sürətlə yüksəlir (təhlükəli deyil)
Bananın tərkibində təxminən 14-15 qram təbii şəkər (fruktoza, qlükoza, saxaroza) var. Bu, ani enerji verir, xüsusən idmandan əvvəl və ya yorğun vaxtda faydalıdır.
Dozunda yeyildikdə qan şəkəri tarazlanır
Tip 2 diabeti olanlar isə yetişmiş bananı az miqdarda yeməlidirlər
Kalium ürək və əzələlər üçün işə düşür
Banan kaliumla zəngindir - orta ölçülü bir bananda təxminən 400-450 mq kalium var.
Bu, ürək döyüntüsünü tənzimləyir, əzələ spazmlarını azaldır, təzyiqi (qan təzyiqini) normallaşdırır, böyrək daşlarının əmələ gəlmə riskini azaldır
Serotonin və dopamin - əhval yüksəlir
Banan triptofan adlı amin turşusu ehtiva edir. Bu maddə beyində "xoşbəxtlik hormonu" serotonin istehsalını artırır. Eyni zamanda dopamin də az miqdarda var.
Stressi azaldır Depressiv əlamətləri yüngülləşdirə bilər Əhval-ruhiyyəni yaxşılaşdırır
Həzm sistemi tənzimlənir
Bananın tərkibində həll olunan və həll olunmayan liflər var.