Moskvada Azərbaycan neftini daşıyan şirkətin ofisinə basqın edildi


Digərləri 25 Tem 2025 16:55:00 78 0

Moskvada Azərbaycan neftini daşıyan şirkətin ofisinə basqın edildi

Moskvada Azərbaycan əsilli sahibkara məxsus şirkətdə axtarış aparılıb

Rusiyanın paytaxtı Moskvada neft məhsullarının daşınması ilə məşğul olan "Railgo" şirkətində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb.

Son.az xəbər verir ki, yerli KİV-lərin yaydığı məlumata görə, bu gün səhər saatlarında şirkətin Lujniki rayonunda yerləşən ofisinə xüsusi təyinatlı qüvvələr və əməliyyatçılar daxil olub. Əməliyyat zamanı bir sıra sənədlər müsadirə olunub və əməkdaşların binanı tərk etməsinə müvəqqəti icazə verilməyib.

Qeyd edək ki, "Railgo" şirkəti Azərbaycan əsilli iş adamı Rəhman Xəlilova məxsusdur. Şirkət əsasən neft və neft məhsullarının, o cümlədən Azərbaycanın enerji resurslarının Qara dəniz vasitəsilə tranzit daşınması ilə məşğuldur.

Hazırda axtarışların səbəbləri və istintaqın detalları barədə rəsmi açıqlama verilməyib.

Kənan Son.az