Özcan Dənizin bütün vardövlətinə həbs qoyuldu


Şou-biznes 23 Tem 2025 15:58:00 82 0

Özcan Dənizin bütün vardövlətinə həbs qoyuldu

Türkiyəli məşhur müğənni Özcan Dənizin bütün var-dövlətinə həbs qoyulub.

Milli.az xəbər verir ki, Özcan Dəniz 22 ildir meneceri olan böyük qardaşı Ərcan Dənizlə yaşanan gərginlikdən sonra ciddi hüquqi və maliyyə problemləri ilə üzləşib.

Bir vaxtlar birlikdə çalışan və səhnə arxasında çiyin-çiyinə dayanan iki qardaşın münasibətləri son illərdə tamamilə pozulub. Ticarət ortaqlıqlarının sona çatmasından sonra başlayan anlaşılmazlıqlar mülk məsələsi və təhdid xarakterli ifadələr səbəbi ilə məhkəməyə çıxarılıb və onun var-dövlətinə həbs qoyulması barədə qərar qəbul olunub.

Türk musiqi və kino dünyasının tanınmış simalarından olan Özcan Dənizin 22 ildir onun meneceri olan böyük qardaşı Ərcan Dənizlə mübahisəsi adi bir ailə mübahisəsindən çox uzaqlaşıb.