İllər əvvəl "Vağzalı" ilə gəlin köçən


Şou-biznes 23 Tem 2025 00:15:00 92 0

İllər əvvəl "Vağzalı" ilə gəlin köçən

Elimizin toy kimi gözəl adəti var. Bu xoş gün sadə vətəndaşlarla yanaşı, məşhurların da ailəsində yaşanıb. Onların illər əvvələ aid toy görüntlərilə tez-tez mətbuatda tez-tez gündəmə gəlirlər. Hazırda ailə quran həmin tanınmışlardan xoşbəxt olanlar da var, evliliklərini tez zamanda bitirənlər də... Bəs görəsən illər əvvəl hansı məşhurlar "Vağzalı"ilə gəlin köçüb?

Həmin siyahını oxuculara təqdim edirik:

Xalq artisti Brilliant Dadaşova

Xalq artisti Brilliant Dadaşova 33 il əvvəl ailə qurub. Onunn toy görüntüləri ATV-də yayımlanan "7 canlı" proqramında nümayiş olunub.

Xalq artistinin şad günü 1988-ci ildə baş tutub. Toyda ifaçının və həyat yoldaşı Ədalət Hacıyevin yaxın qohumları və ailə üzvləri, unudulmaz sənətkar Şövkət Ələkbərova, Xalq artisti, mərhum aktyor Rafael Dadaşov və başqa tanınmışlar yer alıblar. Sənətçinin həyat yoldaşı Ədalət Hacıyev Rus Dram Teatrının direktorudur.

Onların bu evlilikdən Cahad adlı bir övladı var.

Aparıcı Zümrüd Bədəlova

Aparıcı Zümrüd Bədəlovanın illər əvvəl baş tutan toyunun kadrları "Gün ortası" verilişində nümayiş olunub. Bədəlovanın toyu 19 il əvvəl, yəni 2006-cı ildə keçirilib. Onun bir qızı var. Aparıcı efirdə toy görüntülərini görərkən həm təəccüblənib həm də kövrəlib. 

Müğənni Safura Əlizadə

Safura Əlizadə 12 il əvvəl, yəni 2013-cü ildə mərhum sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə həyatı qurub. Sənətçinin təmtəraqlı toy mərasimi "Palmalife Resort and Spa" hotelində keçirilib.  Mərasiminə Xalq artistləri Zülfiyyə Xanbabayeva, Murad Dadaşov, prodüser Tarix Əliyev (Tolik), "Bakılı oğlanlar" komandasının keçmiş üzvü Elçin Əzizov də iştirak ediblər.  Toyda Safuranı stilist Anar Ağakişiyev bəzəyib. Hazırda cütlüyün Aişə, İsgəndər və Natiq adlı üç övladı var.