Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi


Şou-biznes 22 Tem 2025 14:36:00 80 0

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Nuri yay istirahətini xaricdə deyil, atasının xatirələrinin yaşadığı məkanda - Novxanıda yerləşən bağ evində keçirir.

Yenisabah.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

Ülkər Nuri şəxsi istirahətini təmtəraqlı məkanlarda deyil, atasına bağlı olduğu evdə keçirməyi üstün tutub. O, Yaşar Nurinin illərlə yaşadığı və bir çox sənət nümunələrinin ərsəyə gəldiyi bağ evinə üz tutaraq həm dincəlir, həm də ailə yadigarları ilə vaxt keçirir. Dominos pizza

Sosial şəbəkədə paylaşdığı açıq-saçıq geyimdə istirahət fotoları isə izləyicilər arasında maraqla qarşılanıb. Ülkər Nurinin bu cür rahat və sərbəst tərzi bəzilərinin tənqidinə səbəb olub.